Tehranda həbsə alınmış tanınmış azərbaycanlı fəallar Tehranın Evin həbsxanasına köçürülüb

Tehranda həbsə alınmış tanınmış azərbaycanlı fəallar Tehranın Evin həbsxanasına köçürülüb
# 26 fevral 2014 15:34 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda 21 fevral - Ümumdünya Ana Dili Günü həbs edilmiş 4 azərbaycanlı fəal fevralın 25-də Tehranın Evin həbsxanasının 209-cu bölməsinə köçürülüb.

APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, bunlar Əkbər Azad, Əlirza Fərşi, İsrafil Sultaniyan və Mənsur Fəthidir.

Qeyd edək ki, fevralın 21-də sakinlərinin əksəriyyətini azərbaycanlılar təşkil edən Tehran yaxınlığındakı Nəsimşəhr rayonunda ana dili ilə bağlı toplantı keçirilib. Mərasimə 200 nəfərə yaxın azərbaycanlı qatılıb, tanınmış ziyalılar çıxışlar edərək ana dilinin əhəmiyyətindən danışıblar, milli musiqilər, aşıq havaları və şeirlər səsləndirilib, milli rəqslər ifa edilib. Ancaq İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşlarının tədbirə müdaxilə etməsi nəticəsində toqquşma baş verib, yığıncağın dağıdılması üçün bibər qazından istifadə olunub və aralarında qadınlar da olmaqla xeyli azərbaycanlı fəal həbs edilib. Hətta bəzi soydaşlarımıza qarşı zor tətbiq edilib, nəticədə valideynləri ilə birlikdə mərasimə qatılan bir uşaq qolundan xəsarət alıb. Həmid Manafi Nadarlı (Erkin Nadarlı) başından güclü zərbə alaraq qanaxması səbəbindən xəstəxanaya yerləşdirilib. Eyni zamanda İ.Soltanian əlil olmasına baxmayaraq, təhqirə məruz qalıb və vəhşicəsinə döyülüb. Bundan başqa, başından ağır zərbə almış Əlirza Fərşinin də vəziyyəti ağırdır. Artıq tutulanlardan bəziləri azadlığa buraxılıb. Onlarında arasında on yaşlı azərbaycanlı qız Fatimə Məhdəvi də var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR