Mark Entoni Bakıda konsert proqramı ilə çıxış edəcək

Mark Entoni Bakıda konsert proqramı ilə çıxış edəcək
# 12 mart 2014 14:45 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. Tanınmış amerikalı müğənni Mark Entoni mayın 23-də dünya turnesi çərçivəsində “Baku Crystal Hall”da konsert proqramı ilə çıxış edəcək.

APA-nın xəbərinə görə, qiyməti 28-290 AZN olan biletlər artıq satışdadır.

Xatırladaq ki, dünya şöhrətli müğənni Cennifer Lopezin keçmiş əri olan Mark Entoni «I Need to Know», «You Sang To Me», «Escapémonos», «Y Hubo Alguien» kimi sevilən mahnıların müəllifidir. O, iki “Grammy” mükafatına layıq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR