Avropa Birliyi Şurası Ukrayna məmurlarına qarşı sanksiyalar qəbul edib

Avropa Birliyi Şurası Ukrayna məmurlarına qarşı sanksiyalar qəbul edib
# 20 fevral 2014 20:24 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə AB diplomatiyasının rəhbəri Ketrin Eşton bildirib.

“Biz Ukraynada hadisələrin inkişafı fonunda AB Şurasının instansiyalarından sanksiyaların həyata keçirilməsinə başlamağı xahiş edirik”, deyə Ketrin Eşton iclasdan sonra jurnalistlərə bildirib.

Qeyd edək ki, sanksiyalar viza məhdudiyyətləri və bank hesablarının dondurulmasını nəzərdə tutur.

AB Şurasının üzvləri həmçinin repressiya məqsədləri üçün hərbçi və polis tərəfindən istifadə edilə biləcək xüsusi təyinatlı avadanlıqların Ukraynaya ixracının dayandırılmasına dair qərar veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR