Gerhard Şröder: “Almaniya Azərbaycanın Qərbi Avropadakı əsas tərəfdaşıdır”

Gerhard Şröder: “Almaniya Azərbaycanın Qərbi Avropadakı əsas tərəfdaşıdır”
# 13 mart 2014 08:28 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan-Almaniya xarici ticarət palatasının təşkil etdiyi mühazirədə Almaniyanın sabiq kansleri Gerhard Şröder deyib.

İki ölkə arasındakı münasibətlərin tarixən yaxşı olduğunu deyən G.Şröder 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının ilk parlamentində almanların təmsil olunduğunu xatırladıb.

“Bu gün Almaniya Azərbaycanın Qərbi Avropadakı əsas tərəfdaşıdır. 2012-ci ildə ticarət palatasının yaradılması ikitərəfli əlaqələrin möhkəmlənməsi baxımından zəruri addım olub. Onun fəaliyyəti Almaniya-Azərbaycan əlaqələrinin möhkəmlənməsi üçün vacibdir”, - deyə o vurğulayıb.

Qeyd edək ki, 2013-cü ildə Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi ötən il ilə müqayisədə 32 faiz artıb. İki ölkə arasında ticarət həcmi 2013-cü ildə 3,1 milyard avro təşkil edib. Azərbaycan Almaniyaya neft ixrac edən ölkələr arasında 7-ci yer tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR