Türkiyənin Azərbaycandakı səfiri: “Senatın Komitəsində qəbul olunan qərarın heç bir mənası yoxdur”

Türkiyənin Azərbaycandakı səfiri: “Senatın Komitəsində qəbul olunan qərarın heç bir mənası yoxdur”
# 11 aprel 2014 07:09 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun ABŞ Senatının Xarici əlaqələr komitəsinin uydurma “erməni soyqırımı” ilə bağlı qətnamə qəbul etməsinə münasibət bildirib. APA-nın məlumatına görə, səfir jurnalistlərə açıqlamasında deyib ki, bu qərarın heç bir mənası yoxdur.

Səfir bildirib ki, bu məsələyə siyasi qiymət vermək doğru deyil: “Bu, tarixçilərin işidir, tarixi bu şəkildə dəyişmək, saxtalaşdırmaq olmaz. Bu qərarın heç bir anlamı yoxdur”.

Türkiyə XİN-in atacağı addımlara gəlincə, diplomat bu haqda konkret fikir söyləməyib: “Hər hansı addım atılanda bunu görəcəksiniz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR