Mehriban Əliyeva Monako Knyazı II Albert ilə görüşüb - FOTOSESSİYA

Mehriban Əliyeva Monako Knyazı II Albert ilə görüşüb - <span style="color: red;">FOTOSESSİYA
# 18 fevral 2014 17:25 (UTC +04:00)

APA-nın verdiyi xəbərə görə, Monako Knyazı II Albert, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva əvvəlcə Mərkəzi gəziblər.

Monako Knyazının diqqətinə çatdırılıb ki, Mərkəzdə yaradılan muzey təşkil olunarkən burada Azərbaycan tarixinin və Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunmasına xüsusi diqqət yetirilib. Burada toplanılan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Muzeyin müxtəlif bölmələrində Heydər Əliyevin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının ayrı-ayrı aspektləri virtual formada təqdim edilir.

Mərkəzdə müxtəlif mövzuları əhatə edən sərgilər də açılıb. Burada xalqımızın tarixini və mədəniyyətini əks etdirən “Azərbaycan inciləri” ekspozisiyasında ölkənin tükənməz təbii sərvətlərinə, çoxəsrlik tarixinə, mədəni irsinə dair nadir eksponatlar nümayiş olunur.

Monako Knyazı II Albert Mərkəzdə “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisi ilə də tanış olub. Heydər Əliyev Fondunun Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlər sırasında xüsusi əhəmiyyət daşıyan bu sərgini Şərq ilə Qərb mədəniyyətlərinin sintezini təcəssüm etdirən müasir Azərbaycan incəsənətinin uğurlu təqdimatı kimi də qiymətləndirmək olar.

Mərkəzlə tanışlıqdan sonra Azərbaycanın birinci xanımı və Monako Knyazı II Albertin görüşü olub. Görüşdə 2015-ci ildə keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq, Heydər Əliyev Fondunun mədəniyyət və təhsil sahələrində gördüyü işlər, birgə konsertlərin keçirilməsi, Heydər Əliyev Mərkəzində şahzadə Qreysin sərgisinin təşkili məsələləri müzakirə edilib.

Azərbaycanda məşhur maestro Mstislav Rostropoviçin xatirəsinə həsr olunmuş ənənəvi musiqi festivalından xəbərdar olduğunu deyən Monako Knyazına tanınmış rəssam Altay Sadıqzadənin “Bakı” və “Monako” adlı əsərləri hədiyyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR