Ermənistan və Fransa XİN rəhbərləri Fransa prezidentinin İrəvana səfərini müzakirə ediblər

Ermənistan və Fransa XİN rəhbərləri Fransa prezidentinin İrəvana səfərini müzakirə ediblər
# 14 mart 2014 10:38 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova-APA. Ermənistan və Fransa xarici işlər nazirləri Fransa prezidenti Fransua Ollandın may ayında İrəvana planlaşdırılan rəsmi səfərinə hazırlığı müzakirə ediblər.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Ollandın İrəvana səfəri zamanı Fransada “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsinin qəbulu prosesinə başlanılması rəsmən bəyan olunacaq.

Edvard Nalbandyanla Loran Fabiusun həmçinin Qarabağ nizamlanmasını müzakirə etdikləri bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR