Bank Of Baku

İtalyan mediası Türkiyə-Çexiya matçının son 48 ilin ən yaxşı oyunu kimi əbədiləşdirilməsi təklifi ilə UEFA-ya müraciət edəcək

İtalyan mediası Türkiyə-Çexiya matçının son 48 ilin ən yaxşı oyunu kimi əbədiləşdirilməsi təklifi ilə UEFA-ya müraciət edəcək
# 02 iyul 2008 12:34 (UTC +04:00)
Roma-APA. İtaliyanın “Tuttosport” qəzeti Türkiyə-Çexiya matçının əbədiləşdirilməsi təklifi ilə UEFA-ya rəsmən müraciət edəcək. APA-nın məlumatına görə, qəzetin köşə yazarı Massimo Françi bu oyunun Avropa çempionatı tarixinin ən gözəl və baxımlı oyunu seçilməsi ilə bağlı UEFA-nın qərarını alqışlayıb. “Avropa çempionatında Türkiyə-Çexiya oyununun oynandığı “Stat de Geneve” stadionunun qarşısına üzərində “Son 48 ilin ən gözəl oyunu bu stadionda Türkiyə ilə Çexiya milliləri arasında oynanıb. Fatih Terim və tələbələrinə bizə bu həyəcanı yaşatdıqlarına görə təşəkkür edirik” sözləri yazılmış löhvə vurulsun. Bununla bağlı UEFA-ya rəsmi müraciət etməyə hazırlaşırıq”. Massimo Françi Fatih Terimi Sultan Süleymanla müqayisə edib: “Fatih Terim Türkiyə yığmasını Sultan Süleyman kimi idarə etdi və Avropanın nəhənglərinə meydan oxudu. Terim Avropa çempionatının düşən nüfuzunu öz xarizması hesabına xilas etmiş oldu. O oyun 48 ilin ən yaxşı oyunudur. Həmin oyunun yaddaşlarda əbədiləşdirilməsi üçün qəzet olaraq UEFA qarşısında bu təkliflə çıxış edəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR