Bank Of Baku

Oğurluqda ittiham edilən FİFA hakimləri kimdir?

Oğurluqda ittiham edilən FİFA hakimləri kimdir?
# 03 iyul 2008 16:41 (UTC +04:00)
Bakı - APA-Sport. Ermənistanlı iki futbol hakimi Artur İqityan və Arman Eritsyan ömürlük diskvalifikasiya ediliblər. “APA-Sport” agentliyinin məlumatına görə, buna hakimlərin Kiprin paytaxtı Limasolda yerləşən mağazadan oğurluq etmələri səbəb olub. Ermənistan Futbol Federasiyasının mətbuat xidmətinin yaydığı bəyanatda belə deyilir: “İyunun 28-də İntertoto kubokunun birinci mərhələsinin cavab görüşü çərçivəsində Kiprin “Etnikos” və Albaniyanın “Besa” klubları arasında oyunu ermənistanlı Karen Nalbandyanın başçılıq etdiyi hakimlər briqadasına tapşırılmışdı. Matçdan sonra Nalbandyanın köməkçiləri Artur İqityan və Arman Eritsyan Limasol mağazalarının birindən oğurluq ediblər”. Bununla bağlı iyulun 2-də Ermənistan Futbol Federasiyasının Hakimlər Komitəsinin növbədənkənar iclası keçirilib. Toplantıda FİFA laynsmanları A.İqityan və A.Eritsyanın futboldan ömürlük uzaqlaşdırılmaları barədə qərar çıxarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR