Bank Of Baku

Azərbaycan futbol yığmasının məşqçisi məhkəməyə verilib

Azərbaycan futbol yığmasının məşqçisi məhkəməyə verilib
# 04 iyul 2008 12:17 (UTC +04:00)
Bakı. Vüqar Xeyrullayev - APA-SPORT. Azərbaycan milli komandasının məşqçisi Uli Ştayn məhkəməyə verilib. “APA-SPORT” agentliyinin məlumatına görə, yığmamızın qapıçılarla işləyən almaniyalı çalışdırıcısı istintaqa cəlb olunub. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun dəvətilə ölkəmizdə çalışan Almaniya yığmasının sabiq qapıçısı keçmiş dostu ilə mübahisəsini həll edə bilməyib.
45 min avro üçün U.Ştaynla Ates Oelke arasında yaranan narazılığa Bilefeld şəhər məhkəməsi aydınlıq gətirəcək. Yığmamızın məşqçisi məsələ ilə bağlı açıqlamasında heç kimə pul vermək fikrində olmadığını bildirib. Qeyd edək ki, U.Ştayn iki aydır Azərbaycan yığmasında çalışır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR