Bank Of Baku

Milli komandamızın futbolçusu İspaniyada problemlə üzləşib

Milli komandamızın futbolçusu İspaniyada problemlə üzləşib
# 17 fevral 2012 13:31 (UTC +04:00)
Bakı – APA. Azərbaycan yığmasının futbolçusu Rizvan Umarov İspaniyada xoşagəlməz halla üzləşib. Apasport.az saytının məlumatına görə, milliləşən rusiyalı çıxış etdiyi “Kastelyon” klubu ilə problem yaşayır.

Belə ki, digər rusiyalı Blundi ilə eyni mənzildə yaşayan yığmamızın futbolçusu onların məişət xərcləri üçün ayrılan məbləğdən məhrum olub. Bu məqsədlə futbolçulara ayda 250 avro ödənib. Məbləğin zaman keçdikcə artacağını bildirən klub rəhbərliyi indi vədinə əməl edə bilmir. Artıq klubun Umarovgilə borcu 1000 avronu keçib. “Kastelyon”un tərəfdarları rus futbolçuların bu problemdən bezərək, qaçacaqlarından çəkinir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR