Bank Of Baku

Nazim Süleymanov Azərbaycan yığmasının məşqçisi oldu

Nazim Süleymanov Azərbaycan yığmasının məşqçisi oldu
# 17 fevral 2012 14:33 (UTC +04:00)
Bakı – APA. Nazim Süleymanov Azərbaycan yığmamızın məşqçisi olub. Apasport.az saytının məlumatına görə, 47 yaşlı mütəxəssis millimizin fevralın 22-dən martın 1-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək təlim-məşq toplanışında baş məşqçinin köməkçisi kimi iştirak edəcək. Süleymanov almaniyalı çalışdırıcı Berti Foqtsa yardım edəcək.

Vəli Qasımovun gedişindən sonra yığmamızda azərbaycanlı köməkçi məşqçi yeri boş idi. Uzun illər millimizin kapitanı olan, sonradan seleksiyaçısı kimi çalışan Süleymanov 1 oyunda baş məşqçi olub. O, 2008-ci ilin martında Litva yığması ilə yoldaşlıq görüşündən sonra baş məşqçi postunu Foqtsa təhvil vermişdi.

Qeyd edək ki, Süleymanov ötən ilin yayında AZAL-ın baş məşqçisi postundan istefa verəndən sonra işsiz idi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR