Bank Of Baku

Azərbaycan Premyer Liqası Avropanın 48 çempionatı arasında 44-cü yerdədir

Azərbaycan Premyer Liqası Avropanın 48 çempionatı arasında 44-cü yerdədir
# 20 fevral 2012 08:41 (UTC +04:00)
Bakı – APA. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) XXI əsr üçün Avropanın ən güclü milli çempionatlarının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 2001-11-ci illəri əhatə edən dövr üçün tərtib olunan cədvəldə qitənin 48 ölkəsinin birinciliyi yer alıb.

İngiltərə Premyer Liqası 12619 xalla siyahının ilk pilləsində qərarlaşıb. İspaniya Primerosiu az da olsa geri qalır – 12314. İtaliya A seriyası isə Avropa 3-cüsüdür – 11513.

11 il ərzində hesabına 2038,5 xal yığan Azərbaycan Premyer Liqası isə 48 çempionat arasında yalnız 44-cü yerdə qərarlaşıb. Bu göstəricinin daha yuxarı olmasına 2001/02 mövsümünün yarımçıq qalması, 2002/03 mövsümünün keçirilməməyi də təsir edib. Məhz bu üzdən klublarımız 2002/03 və 2003/04 mövsümlərində qitə kuboklarını tamaşaçı kimi izləyiblər.

Siyahıda Azərbaycan çempionatı yalnız 4 ölkəni qabaqlayır. Bunlar Qazaxıstan, Uels, Malta və Lüksemburq birincilikləridir. Premyer Liqadan 1 pillə öndə olan Bosniya və Herseqovina çempionatı isə cəmi 35,5 xal öndədir.

Qeyd edək ki, UEFA-ya daxil olan ölkələrdən Çernoqoriya, Lixtenşteyn, Farer adaları, San-Marino və Andorra İFFHS-iun cədvəlinə daxil edilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR