Bank Of Baku

AFFA UEFA-ya rəsmi xəbər göndərib, Rusiyadan cavab gözləyir

AFFA UEFA-ya rəsmi xəbər göndərib, Rusiyadan cavab gözləyir
# 22 fevral 2012 10:03 (UTC +04:00)
Bakı – APA. Dünya çempionatının pley-off mərhələsində Azərbaycan və Rusiya futzal yığmaları arasında keçiriləcək ilk görüşün vaxtı dəqiqləşib. Bu barədə apasport.az saytına məlumatı AFFA-nın futzal üzrə koordinatoru Asim Xudiyev verib. O bildirib ki, Bakıdakı oyun martın 27-də keçiriləcək.

“Qarşılaşma Bakı İdman Sarayında saat 21:00-da başlayacaq. Biz matçın günü, başlanma saatı və keçirilmə yeri ilə bağlı həm rusları, həm də UEFA-nı rəsmən xəbərdar etmişik. Rusiyadakı cavab matçı ilə bağlı isə bizə rəsmi məlumat verilməyib”.

Qaydaya əsasən, şimal qonşularımız da öz növbəsində artıq oyunun vaxtı və yerini müəyyənləşdirib, həm bizə, həm də UEFA-ya rəsmi məktub göndərməli idi. Düzdür, Rusiya Mini-Futbol Federasiyasının prezidenti Emil Əliyev mətbuata açıqlamasında cavab matçının Tümendə keçiriləcəyini bildirib.

Ancaq Xudiyev bununla bağlı hələ rəsmi məlumat almadıqlarını bildirib: “Biz ruslarla danışmışıq və onlar təşkilatı məsələlərlə bağlı UEFA-dan 1-2 gün möhlət aldıqlarını dedilər. Bunu həll edəndən sonra bizə rəsmən məlumat verəcəklər. Cavab matçını Tümendə keçirmək istədiklərinə gəlincə, onlar ev oyunlarını adətən regionda təşkil edirlər”.

Qeyd edək ki, UEFA ruslara yığmamızla ev oyununun gününü seçmək üçün aprelin 8-12-i tarixlərini ayırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR