Bank Of Baku

Azərbaycan futbol millisi Sinqapur yığması ilə oyuna matəm sarğısı ilə çıxacaq

Azərbaycan futbol millisi Sinqapur yığması ilə oyuna matəm sarğısı ilə çıxacaq
# 24 fevral 2012 12:15 (UTC +04:00)
Bakı - APA. Bu gün Azərbaycan və Sinqapur milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununda Xocalı faciəsinin qurbanları yad olunacaq. Apasport.az saytının məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki qarşılaşmaya millimiz qara sarğı ilə çıxacaq. Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar qarşılaşmadan əvvəl 1 dəqiqəlik sükut elan olunacaq.

Qeyd edək ki, “The Sevens” stadionunda baş tutacaq qarşılaşma saat 17:30-da başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR