Bank Of Baku

Berti Foqts: “Daha çox təcrübəli futbolçulardan narazı qaldım”

Berti Foqts: “Daha çox təcrübəli futbolçulardan narazı qaldım”
# 24 fevral 2012 16:59 (UTC +04:00)
Bakı – APA. “Oyunda qalib gəlməyə yaxın idik. Ancaq sonradan buraxdığım 2 qol buna imkan vermədi”. Apasport.az saytının Dubaya ezam olunmuş əməkdaşının məlumatına görə, bu fikirləri futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib. Almaniyalı mütəxəssis millimizin bu il keçirdiyi oyunla - Sinqapur yığması ilə Dubaydakı təlim-məşq toplanışında 2:2 hesablı heç-heçə etdiyimiz yoldaşlıq görüşü ilə bağlı fikirlərini açıqlayıb.

Foqts qələbəni son saniyələrdə əldən verdiyimizə görə üzülüb: “Əlbəttə, istəməzdik ki, uzatma dəqiqəsində qol buraxıb, qələbəni qaçıraq. Bunun üzərində işləməyimiz lazımdır. Daha çox təcrübəli futbolçulardan narazı qaldım. Gənc futbolçulardan isə razıyam. Debütant Vüqar Əsgərovun oyun praktikası sarıdan korluq çəkməyi öz sözünü dedi. Latviya çempionatında çıxış edən bu gənc hücumçu 2 aydır oynamır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR