Dario Şimiç: “Azərbaycan futboluna böyük vəsait qoyulduğunu bilirdim”
Yığması ilə DÇ-1998-in bürünc mükafatçısı olan xorvatiyalı futbol veteranı hazırda Azərbaycanda səfərdədir. 2012-ci ildə Azərbaycanda keçiriləcək FİFA U-17 qadınlararası dünya çempionatına dəstək olmaq məqsədilə Bakıya gələn Şimiç mundialdakı vəzifəsini açıqlayıb: “Əsas işim insanların dünya çempionatı zamanı könüllülər sırasına qatılmasına kömək etmək olacaq. Xorvatiyada da demək olar eyni işi görürdüm. Başqa ölkələrə də bu tip kömək etmişəm. Qarşıdakı mundialda Azərbaycan və Xorvatiya yığmaları görüşsə, kimə azarkeşlik edəcəyimi demərəm. Çünki mən xorvatiyalıyam. Ən yaxşısı susmaqdır”.
Futbolçu karyerası ərzində Xorvatiyanın “Dinamo” (Zaqreb), İtaliyanın “İnter” və “Milan”, həmçinin Fransanın “Monako” klubunda çıxış etmiş xorvatiyalı Azərbaycan haqda məlumatlı olduğunu bildirib: “Azərbaycan futboluna böyük vəsait qoyulduğunu bilirdim. Lakin gördüklərim eşitdiklərimin yanında heç nədir. Orta məktəblərin birində uşaqların AFFA tərəfindən inşa olunan süni örtüklü meydanda necə top qovmalarını izləmək çox xoş idi. Ötən il Zaqreb “Dinamo”sunun “Neftçi” ilə Çempionlar Liqasındakı oyunlarını izlədim. Bizim sizin çempionu üstələməyimizdə təəccüblü heç nə yoxdur. Çünki sizi qabaqlayırıq. Lakin fərq azalmaqdadır. Mən “Xəzər Lənkəran”la oyunları da xatırlayıram. Onda Zaqreb təmsilçisi üçün çətin olmuşdu. Ümumilikdə futbolunuz inkişaf edir”.
Avro-1996-nın Xorvatiya – Almaniya oyununu xatırlayan Şimiç Berti Foqtsun rəhbərlik etdiyi komandanın qələbəsini ədalətli sayır: “O vaxt almaniyalılar 2:1 hesabı ilə qalib gələndə müəyyən söz-söhbət yaranmışdı. Lakin onlar layiqli qalib gəlmişdilər. 2 il sonra DÇ-də onları 3:0 hesabı ilə udmaqla balaca ölkəmiz haqda dünyada söz etdirdik, sonda da 3-cü olduq. Sizin yığmaya da bunu arzulayıram”.
Qeyd edək ki, Dario FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsi tərəfindən dünya çempionatının dostu seçilib.
Futbol
Yenidənqurmadan sonra Xankəndi stadionunda ilk rəsmi futbol qarşılaşması keçirilib - FOTO - YENİLƏNİB
“Xankəndi” doğma arenada ilk oyununa çıxır
Xankəndidə mini futbol turniri başa çatıb
Rusiya millisi AVRO-2028-in seçmə mərhələsinin püşkatmasına daxil edilməyib
Xəbər Lenti
Zaxarova: Qaluzin-Zarubişvili danışıqlar formatı davam etdiriləcək
Prezidentin sosial şəbəkə hesablarında Vyetnama rəsmi səfərlə bağlı videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda külək elektrik stansiyaları istehsalı 13 dəfədən çox artırıb - CƏDVƏL
Zaxarova: Bakı və İrəvan birbaşa dialoqa üstünlük verir, Moskva bu qərara hörmət edir
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Prezidentin sosial şəbəkə hesablarında Vyetnamın Baş naziri ilə görüşdən videoçarx paylaşılıb - VİDEO
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub - VİDEO
Prezident İlham Əliyevin Vyetnam səfəri: Azərbaycanın Şərq strategiyasının mühüm səhifəsi – TƏHLİL
Azərbaycanda kimya istehsalı üzrə göstəricilər açıqlanıb - CƏDVƏL
Metroya yaxın məsafədə premium mənzillər: City Garden Narimanov-da hansı seçimlər var? - FOTO
Azərbaycanda mazut istehsalı kəskin artıb - CƏDVƏL
COP31-də Azərbaycanda aparılan sosial islahatlar barədə məlumat verilib
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Azərbaycanda magistral kəmərlər ilə bu il 32 mlrd. kubmetrdən artıq qaz nəql olunub
Baş prokuror Binəqədi rayonunda vətəndaşları qəbul edib
Aqil Abbas: Ağdamda həyat yenidən canlanıb
Abşeron-Xızı iqtisadi rayonu üzrə sosial ödəniş alanların sayı 110 mini ötüb
BTC ilə bu il nəql olunan neftin həcmi açıqlanıb
INMerge 2026: 40-dan çox startap “INBattle” səhnəsində mübarizə aparacaq, qalib 50 000 ABŞ dolları qazanacaq
Kolleclər 2030-cu ilədək universitetlərin tabeliyinə veriləcək, IX sinifdən sonra qəbul məhdudlaşdırıla bilər
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
Azərbaycanın neft-qaz sektorunun əsas göstəriciləri - CƏDVƏL
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlanıb
Bu ilin doqquz ayında 2126 əkiz, 75 üçəm doğulub
Zelenski: Rusiya Ukraynaya 400-dən çox PUA və 110-dan artıq raketlə hücum edib, 8 nəfər ölüb
Azərbaycan əhalisinin sayı açıqlanıb
Müxalifətçilik institutu ilə bağlı yanlış stereotiplər - MÖVQE
Səbail RİH: Badamdarda sürüşmə yaşayış evləri üçün risk yaradır, sakinlərə ərazini tərk etmək tövsiyə olunub
Sahibə Qafarova Türkmənistanda MDB PA-nın 61-ci plenar iclasında çıxış edib
Naxçıvanda “AzerGold” məhsullarının sərgi-səyyar satış günləri keçirilib
Emin Hüseynov: Gələn il Ağdamda əhali sayının 10 min nəfər artacağı proqnozlaşdırılır
Ağdamda Şəhər Günü münasibətilə yarmarka təşkil olunub - YENİLƏNİB - FOTO
Polşada Rusiya raketlərinin və reaktiv PUA-sının qalıqları aşkarlanıb
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasında geniş işıqlandırılıb
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Sosial müavinətlərin və təqaüdlərin ödəniləcəyi tarix məlum olub
Xameneinin müşaviri: ABŞ artıq İrana qarşı tərəfdar toplamaq gücündə deyil, Tramp Çindən əliboş qayıdıb
Prezident Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - YENİLƏNİB
AZAL iki nüfuzlu beynəlxalq mükafata layiq görülüb
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib, aktivlik davam edir - FOTO - YENİLƏNİB
Ermənistanın yeni Konstitusiyasının layihəsi bazar ertəsi dərc olunacaq, Paşinyan xalqa müraciət edəcək
“Baku Steel Company” QSC açıq tender elan edir
Zakir Fərəcov sakinlərin müraciət və təkliflərini dinləyib
AMEA-nın strukturunda dəyişiklik edilib
Ağdamda Qarabağ atlarının şousu keçirilib - FOTO
Özbəkistanda Şah İsmayıl Xətai adına Mərkəzin açılış mərasimi keçirilib - FOTO - VİDEO
Dövlət mühafizəsində olan tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələri üzrə bölgüsü dəyişib
Şəmkirdə 41 yaşlı kişini cərəyan vuraraq öldürüb