Bank Of Baku

Apasport.az 5 yaşında

Apasport.az 5 yaşında
# 05 mart 2012 08:40 (UTC +04:00)
“Apasport”çular Bədən Tərbiyəsi və İdman Günündə ilk yubileyini – 5 yaşını qeyd edir. Azəri-Press Agentliyinin (APA) törəmə müəssisələrindən olan apasport.az Azərbaycanın ilk və yeganə idman agentliyi kimi 2007-ci ilin martın 5-də rəsmən fəaliyyətə başlayıb.

Həmin il Gənclər və İdman Nazirliyi tərəfindən ölkənin ən yaxşı idman agentliyi seçilən apasport.az Azərbaycan və dünya idmanının bütün sahələrini əhatə edən operativ xəbərlər yaymaqla yanaşı, idman ictimaiyyətinin maraqlı simalarından eksklüziv müsahibələr hazırlayır, müxtəlif sahələrdəki problemlərlə bağlı araşdırmalar aparır.

Saytda önəmli turnirlərdən və maraqlı tədbirlərdən geniş yazılar, birbaşa reportajlar, video görüntülər, fotosessiyalar yerləşdirilir. Xeyli sayda abunəçisi olan apasport.az saytının hazırladığı bülletenlər Azərbaycan və rus dillərində nazirliklərə, diplomatik korpuslara, idman qurumları və komandalarına, telekanallara, qəzetlərə və digər ünvanlara çatdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR