Bank Of Baku

Cüneyt Biçər: “Oyundan tam razı qalmadım, amma əsas nəticə idi”

Cüneyt Biçər: “Oyundan tam razı qalmadım, amma əsas nəticə idi”
# 07 mart 2012 14:02 (UTC +04:00)
Bakı – APA. “Matçın çətin olacağını bilirdik və elə gözlədiyimiz kimi də oldu”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın baş məşqçisi Cüneyt Biçər deyib.

“Ağ-yaşıllar” Premyer Liqanın XIX turundan təxirə salınan oyununda “Turan”a səfərdə 1:0 hesabı ilə qalib gəldi.

Biçərin sözlərinə görə, nəticədən fərqli, oyundan tam razı qalmayıb: “Rəqib bir müddətlik fasilədən sonra doğma məkanda oynayaraq, nəticə qazanmağa çalışdı. Biz isə erkən qol vurduqdan sonra fərqi artıra bilərdik. Ancaq əldə etdiyimiz 4-5 qol imkanından istifadə edə bilmədik. Bu isə oyunun gərginliyini artırırdı. Çünki sürüşkən hesab idi və rəqib hesabı bərabərləşdirə bilərdi. Ancaq sonadək üstünlüyümüzü qoruyaraq, qələbə qazandıq. Bizə 3 xal vacib idi. Əsas nəticə qazanmaq idi ki, buna da nail olduq. Çünki “altılıq” öncəsi qalib gəlmək ruh yüksəkliyini artırır”.

“Xəzər Lənkəran” “altılığ”a “Qarabağ”la səfər oyunu ilə başlayıb, ardıcıl 3-cü səfər matçına çıxacaq. Bundan sonra isə növbəti həftə “İnter”lə ölkə kubokunun 1/4 final mərhələsində ilk oyun olacaq: “Final mərhələsində sıx qrafik olacaq. Hər komanda belə təqvimlə üzləşib, eyni zamanda kubokda da mübarizəni sona kimi davam etdirməyə çalışacaq. Hər halda, “altılıq” iştirakçılarının hamısı 1/4 finalda iştirak edir. Biz bugünkü oyunda start heyətində dəyişiklik edib, 4 fərqli futbolçunu ilk dəqiqələrdə meydana buraxdıq. Lazım olarsa, heyətdə belə dəyişikliklər etməklə, vəziyyətdə çıxış yolu tapmağa çalışacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR