Rövnəq Abdullayev: “Ümid edirəm ki, hər klubun öz bazası olacaq”
09 mart 2012 08:44 (UTC +04:00)
Bakı – APA. “Son 4 ildə AFFA-nın prinsiplərini reallaşdırmağa çalışdıq. Bizə ölkədə futbolu marağı artırmaq müvəffəq oldu”. Apasport.az saytının məlumatına görə, bu fikirləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.
Prezident olduğu 4 ildə görülən işlər haqda danışan Abdullayev hazırda 25 min gənc futbolçunun AFFA-da qeydiyyatdan keçdiyini bildirib: “Biz, həmçinin müxtəlif yaş qruplarında çempionatlar keçiririk və 76 futbol stadionu istifadəyə vermişik. Ümid edirəm ki, hər Azərbaycan klubunun öz bazası olacaq ki, bu da ölkədə uşaq futbolunun inkişafına kömək edəcək”.