Bank Of Baku

UEFA Azərbaycan yığmasının üzvünü cəzalandırdı

UEFA Azərbaycan yığmasının üzvünü cəzalandırdı
# 19 mart 2012 13:32 (UTC +04:00)
Bakı – APA. Futzal üzrə Azərbaycan milli komandasının üzvü Rizvan Fərzəliyev cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, futzalçı milli komandalar səviyyəsində yarışlarda növbəti 3 rəsmi oyunda iştirak hüququndan məhrum edilib.

Bu barədə qərar UEFA-nın Nəzarət və İntizam Komitəsi tərəfindən çıxarılıb. Buna səbəb, Rizvan Fərzəliyevin futzal üzrə Avropa çempionatının final mərhələsində keçirilmiş Azərbaycan – Serbiya oyununun rəsmi şəxsinə qarşı aqressiv davranışı olub.

Qeyd edək ki, Fərzəliyev cəzasının ilk 2 oyunu kimi dünya çempionatının pley-off mərhələsinin Rusiya ilə martın 27-də Bakıda və aprelin 9-da Tümendə keçiriləcək oyunları da buraxacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR