Bank Of Baku

UEFA 2020-ci il Avropa çempionatının kampaniyasına başlayıb

UEFA 2020-ci il Avropa çempionatının kampaniyasına başlayıb
# 22 mart 2012 09:59 (UTC +04:00)
Bakı – APA. UEFA rəhbərliyi futbol üzrə 2020-ci il Avropa çempionatını keçirməklə bağlı sifariş ərizələrini qəbul etməyə hazır olduğunu elan edib. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu artıq yaxın günlərdə tərkibində olan 53 milli assosiasiyaya bununla bağlı təkliflər göndərəcək. Təkliflərdə final mərhələsinin keçiriləcəyi stadionlar və azarkeş tutumu ilə bağlı minimal kriteriyalar sadalanacaq.
Federasiyaların yekun qərar qəbul etməklə bağlı 2 ay vaxtı var. Milli assosiasiyalar cavab məktublarını mayın 15-dək göndərməlidir. Məktubda final mərhələsini keçirmək niyyəti rəsmən göstərilməlidir. Əgər sifariş yalnız bir ölkədən olarsa, onda UEFA turnirin təşkilatçısını təsdiqləməzdən öncə bütün lazımı zəmanətlərin toplanmağı ilə məşğul olacaq. İddiaçılar 1-dən çox olarsa, qurum namizədlərə geniş dosyelər hazırlamaq üçün il yarım vaxt verəcək. Final mərhələsinin yeri ilə bağlı yekun qərar 2013-cü ilin sonu – 2014-cü ilin əvvəlində veriləcək.
Qeyd edək ki, Azərbaycanla Gürcüstan həmin çempionatı birgə keçirməklə bağlı istəklərini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR