Bank Of Baku

Ürəyi 78 dəqiqə dayanan futbolçu danışmağa başlayıb

Ürəyi 78 dəqiqə dayanan futbolçu danışmağa başlayıb
# 22 mart 2012 10:23 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, “Tottenhem”lə İngiltərə kuboku uğrunda oyunun ilk hissəsində huşunu itirərək yıxılan və dərhal xəstəxanaya aparılan 23 yaşlı ingilis yarımmüdafiəçinin vəziyyəti yaxşılaşmaq üzrədir. İntensiv müalicə olunan futbolçu hətta danışmağa başlayıb. Muamba ingilis və fransız dillərində bir neçə söz deyib.

“Bolton”un həkimi Conatan Tobin futbolçunun özünü itirməyindən sonra vəziyyəti ilə bağlı maraqlı açıqlama verib: “Muambanın yerə yıxılmasını ilk olaraq fizioterapevtimiz gördü. O, çox həyəcanlı idi və bizə qışqırdı ki, tez Fabrisə yaxınlaşaq. Açıq-aşkar görünürdü ki, futbolçuda nəsə ciddi şey baş verir. Onun ürəyi 78 dəqiqə işləmədi. Muamba həmin vaxt klinik ölüm vəziyyətində idi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR