Bank Of Baku

Mişel Platini Türkiyəni dəstəkləyir

Mişel Platini Türkiyəni dəstəkləyir
# 23 mart 2012 12:25 (UTC +04:00)
Bakı - APA-Sport. “Türkiyənin 2016-cı ildə keçiriləcək Avropa çempionatını qəbul etmək üçün namizədliyi çox güclü idi. Düşünürəm ki, 2020-ci ildə bu, daha güclü olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri UEFA prezidenti Mişel Platini deyib.

Avropa futbol qurumunun rəhbəri Avro-2020-yə ev sahibliyi etmək iddiasında olan Türkiyəni dəstəklədiyini açıqlayıb. Bununla da o, Gürcüstanla birlikdə yarışa təşkilatçılıq etmək istəyən Azərbaycanın əsas rəqiblərindən birinin tərəfində olduğunu bildirib: “Türkiyənin qitə çempionatını qəbul etməsində yalnız 1 problem var. İstanbul 2020-ci ildə Olimpiya Oyunlarına ev sahibliyi etməyə də namizəddir. Bir ildə 2 mötəbər yarışı qəbul etmək 1 ölkə üçün çox çətin olar. Lakin Olimpiada İstanbulda keçirilməsə, mən Türkiyəni dəstəkləyəcəyəm. Düşünürəm ki, bu ölkə Avropa çempionatının final mərhələsini qəbul etməlidir”.

Qeyd edək ki, Azərbaycan/Gürcüstan və Türkiyədən başqa Albaniya/Yunanıstan, Bolqarıstan/Rumıniya, Norveç/Danimarka/Finlandiya/İsveç, İrlandiya/Uels/Şotlandiya, Bosniya və Herseqovina/Serbiya/Xorvatiya, Çexiya/Slovakiya da Avro-2020-yə təşkilatçılıq etmək arzusundadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR