Bank Of Baku

Fatih Kavlak: “Komandamız “Qarabağ”a qalib gəlmək gücündədir”

Fatih Kavlak: “Komandamız “Qarabağ”a qalib gəlmək gücündədir”
# 27 mart 2012 13:25 (UTC +04:00)
Bakı – APA. “Ağdama qələbə dalınca yollanırıq. Komandamız “Qarabağ”a qalib gəlmək gücündədir”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin baş məşqçisi Fatih Kavlak deyib.

Türkiyəli çalışdırıcının rəhbərlik etdiyi komandanı sabah Azərbaycan kubokunun 1/4 final mərhələsində Ağdamda çətin sınaq gözləyir. Belə ki, qəbələlilər evdə 2:2 hesabı ilə bərabərliyə qaldığı “Qarabağ”la cavab oyununda qalib gəlib, yarımfinala çıxmalıdır.

Kavlak evdə sərfəli olmayan nəticəyə baxmayaraq, cavab matçına nikbin baxır: “Hər halda, kubok 2 oyundan ibarətdir. İlk oyunda heç-heçə olsa, hətta uduzsan belə, cavab matçına ümid bəsləyirsən. Çünki hələ lazımı nəticə qazanmaq imkanın var. Əlbəttə, “Qarabağ”a səfərdə qalib gəlməyimiz mümkündür. İnşallah, buna nail olarıq. Ancaq bunun asan olmayacağını yüz faizdir və onu yaxşı başa düşürük. Rəqiblə axır 10 gündə 2-ci dəfə görüşməli olacağıq və hələlik qalib müəyyənləşməyib”.

Qeyd edək ki, Kavlak 2009/10 mövsümündə “Qarabağ”da baş məşqçi Qurban Qurbanovun köməkçisi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR