Bank Of Baku

“Qalatasaray”ın prezidenti: “Avropaya buraxılmasaq, Azərbaycandan da aşağı düşərik”

“Qalatasaray”ın prezidenti: “Avropaya buraxılmasaq, Azərbaycandan da aşağı düşərik”
# 30 mart 2012 11:49 (UTC +04:00)
Bakı – APA. Türkiyə futbolunda baş verən xoşagəlməz hadisələr “Qalatasaray” rəhbərliyini ciddi narahat edir. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisinin prezidenti Ünal Aysal oyun alqı-satqısı üzündən Türkiyəyə verilə biləcək cəzadan qorxur.

O, cəzanın nəticələrinin dəhşətli olacağından çəkindiyini açıqlamaqla yanaşı, Azərbaycan futboluna yuxarıdan aşağı baxdığını göstərib: “Avropaya buraxılmasaq, bu Türkiyə futboluna böyük zərbə vuracaq. Avrokuboklarda 5 il oynamamaq Azərbaycandan da aşağı düşmək anlamına gəlir. Bu, klubumuza 200 milyon avro ziyan vuracaq”.

Qeyd edək ki, Aysal avrokuboklardan kənar qalacaqları dəqiqləşəcəyi halda, bu ilin mayında istefa verəcəyini də açıqlamışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR