Bank Of Baku

“Qarabağ” dünya klublarının reytinq siyahısında 37 pillə irəliləyib

“Qarabağ” dünya klublarının reytinq siyahısında 37 pillə irəliləyib
# 02 aprel 2012 08:53 (UTC +04:00)
Bakı – APA. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların növbəti reytinqini açıqlayıb. Apasport.az saytının məlumatına görə, son 1 ili əhatə edən cədvəldə planetin 402 komandası yer alıb. Azərbaycanın ən yaxşılar arasında yeganə təmsilçisi isə yenə “Qarabağ”dır.

Ağdamlılar son 1 ayda möhtəşəm sıçrayışa nail olaraq, 37 pillə irəliləyiblər. Belə ki, cəmi 1 ay əvvəl 69,5 xalla 316-cı pillədə qərarlaşan Qurban Qurbanovun yetirmələri hazırda 73,5 xalla 279-cu yerdədirlər. Təmsilçimizin son 1 ayda arxada qoyduğu klublar sırasında “Verder”, “Hoffenhaym” (hər ikisi Almaniya), “Karpatı” (Ukrayna), “Birmingem”, “Vesr Bromviç” (hər ikisi İngiltərə), “Parma”, “Fiorentina” (hər ikisi İtaliya), “Loryan” (Fransa), “Vesterlo” (Belçika) kimi komandalar da var.

Reytinqə dünyanın ən güclü komandası olan İspaniyanın “Barselona” klubu 382 xalla başçılıq edir. Onun əzəli rəqibi olan Madrid “Real”ı 306 xalla 2-cidir. İlk “üçlüy”ü Argentinanın “Veles Sarsfild” klubu 287 xalla qapayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR