Bank Of Baku

İslandiya – Azərbaycan oyununun vaxtı dəqiqləşdi

İslandiya – Azərbaycan oyununun vaxtı dəqiqləşdi
# 06 aprel 2012 09:59 (UTC +04:00)
Bakı – APA. 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək İslandiya – Azərbaycan oyununun başlanma vaxtı və stadion müəyyənləşib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, qarşılaşma iyunun 5-də baş tutacaq.

Oyun yerli vaxtla saat 19:15-də (Bakı vaxtı ilə 6 iyun, saat 00:15) start götürəcək.

Qeyd edək ki, qarşılaşma paytaxt Reykyavikdə KR-Vellur stadionunda keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR