Bank Of Baku

Futzal üzrə Azərbaycan yığması dünya çempionatına vəsiqə qazana bilməyib

Futzal üzrə Azərbaycan yığması dünya çempionatına vəsiqə qazana bilməyib
# 09 aprel 2012 16:52 (UTC +04:00)
Bakı – APA. Bu il Tailandda keçiriləcək futzal üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsində çıxış edən Azərbaycan milli komandası mübarizəni dayandırıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Joze Alesio da Silvanın yetirmələri bu gün Rusiya yığması ilə pley-off mərhələsinin cavab oyununu keçirib.

Martın 27-də Bakıda keçirilən görüşdə 2:3 hesabı ilə uduzan yığmamız məğlubiyyətin əvəzini Tümendəki qarşılaşmada çıxa bilməyib. Tümendə baş tutan görüşdə ya ən azı 2 top fərqilə qalib gəlməli, ya da minimal fərqlə qalib gələcəyi halda 3-dən çox qol vurmalı olan komandamız bu vəzifənin öhdəsindən gələ bilməyib - 2:2.

Tarixində ilk dəfə dünya çempionatının addımlığında olan millimiz bu uğursuzluğunda komandadakı itkilərin də rolu olub. Əsas heyət üzvlərindən qapıçı Andrey Tveryankin zədəli, Rizvan Fərzəliyev cəzalı olduğundan ilk oyundakı kimi bu qarşılaşmada da millimizə kömək edə bilməyib.

DÇ-2012-nin pley-off mərhələsi
Cavab oyunu

9 aprel
RUSİYA – AZƏRBAYCAN - 2:2
QOLLAR: Nikolay Pereverzev, 5; Aleksandr Fukin, 22 - Serjao, 18, Jadder, 30
Tümen. Mərkəzi İdman Kompleksi
Ilk oyun – 3:2
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR