Bank Of Baku

Toni Adams: “Qəbələ”nin Avropada tanınmasında köməyimi əsirgəməyəcəm”

Toni Adams: “Qəbələ”nin Avropada tanınmasında köməyimi əsirgəməyəcəm”
# 10 aprel 2012 13:20 (UTC +04:00)
Bakı – APA. “Qəbələ” sabiq baş məşqçisi Toni Adamsla işbirliyini davam etdirəcək. Apasport.az saytının məlumatına görə, “Arsenal”ın canlı əfsanəsi bundan sonra “Qəbələ” klubunun prezidenti Tale Heydərovun müşaviri vəzifəsini yerinə yetirəcək.

O, yeni təyinatı ilə bağlı fikirlərini bildirib: “Qəbələ”dəki yeni vəzifəmə görə çox şadam. Klubun prezidenti Tale Heydərovla belə bir razılığa gəldik ki, mənim futbol biliyimi və klubun inkişafının hazırkı mərhələsini nəzərə alaraq, fəaliyyətim meydandan kənarda daha çox faydalı ola bilər. Prezidentin müşaviri kimi, klubdakı vəzifələrimi uğurla yerinə yetirməyə çalışacağam və “Qəbələ”nin sadəcə Azərbaycanda deyil, Avropada da sayılıb-seçilən, qabaqcıl, bir sözlə, peşəkar kluba çevrilməyində köməkliyimi əsirgəməyəcəm”.

Adams belə etimada görə, klub prezidentinə təşəkkürünü də bildirib: “Mənə bu cür etimad göstərdiyinə və klubdakı məqsədlərimin reallaşması üçün şərait yaratdığına görə klubun prezidentinə minnətdaram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR