Bank Of Baku

Sergey Sergeyev: “Azərbaycan yığmasına vurduğum qolu həmişə xatırlayacağam”

Sergey Sergeyev: “Azərbaycan yığmasına vurduğum qolu həmişə xatırlayacağam”
# 11 aprel 2012 12:56 (UTC +04:00)
Bakı-APA. “Qarşılaşma bizim üçün çətin alındı. Gözlənildiyi kimi, Azərbaycan yığması yenə say üstünlüyündə oynayırdı. Ancaq bu dəfə sonda qol vura bilmədi”. Bunu apasport.az saytına açıqlamasında Rusiya yığmasının futzalçısı Sergey Sergeyev deyib.

Komandasının kapitanı dünya çempionatının pley-off mərhələsində Azərbaycan millisi ilə cavab oyununa münasibət bildirib. O, Tümendə 2:2 ilə başa çatan matçda bəxtlərinin gətirdiyini də etiraf edib: “Azərbaycan yığmasında yetərincə güclü futbolçular cəmləşib. Prinsipcə, onlar meydanda yaxşı təsir bağışladı. Bəli, oyunun sonunda bəxtimiz də gətirdi. Vitali Borisov yaxın məsafədən qapıya düşə bilmədi”.

Sergeyev Bakıdakı ilk oyunda vurduğu 2-ci qolu heç vaxt unutmayacağını da deyib: “Əlbəttə, qol vurmağım mənə xoş idi. Ancaq bunun üçün bütün komanda işləyirdi. Komanda yoldaşlarıma çox sağ ol deyirəm ki, mənə bu qolu vurmağa kömək etdilər. Yığmanıza vurduğum qolu karyeram boyu həmişə xatırlayacağam”.

Qeyd edək ki, kapitanın həmin kuryoz qolu nəinki ilk matçın, ümumiyyətlə, 2 oyunun nəticəsinə görə qələbə topu oldu. Çünki Sergeyin fərqlənməsindən sonra rəqib 3:2 hesabı ilə qalib gəlmişdi. Bu da onların final mərhələsinə yüksəlməsi ilə nəticələndi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR