Bank Of Baku

“Neftçi” klubunun sabiq qapıçısı dünyasını dəyişdi

“Neftçi” klubunun sabiq qapıçısı dünyasını dəyişdi
# 13 aprel 2012 13:35 (UTC +04:00)
Bakı – APA. “Neftçi” klubunun sabiq qapıçısı Vladimir Ostapovski vəfat edib. Apasport.az saytının məlumatına görə, SSRİ futbolunun tanınmış simalarından olan qolkiper 66 yaşında dünyasını dəyişib.

SSRİ yığmasında 11 oyun keçirən, 1976-cı ildə Monreal Olimpiadasında bürünc mükafatçı olan Ostapovski daha çox MOİK-dəki çıxışları ilə tanınıb. O, 1976-cı ildə SSRİ-nin ən yaxşı qapıçısı və futbolçusu seçilib.

Bryansk “Dinamo”sunun yeniyetmə-gənclər komandasının yetirməsi olan Ostapovski peşəkar karyerasına Bakının “Neftçi” klubunda başlayıb. 1965-ci ildə SKÇF, 4 il sonra MOİK-ə keçib və 1980-ci ilədək orada oynayıb.

Karyerasının son 2 ilini isə Xabarovsk OİK-ində keçirib. Sonradan Moskvanın MOİK və “Spartak” klublarında qapıçılarla işləyən məşqçi olan Ostapovski Rusiya yığmasının qolkiperi İqor Akinfeyevin çalışdırıcısı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR