Bank Of Baku

Höccət Hacıyev: “Komandamızın hesabından 6 xalın silinməsi ədalətli qərar deyil”

Höccət Hacıyev: “Komandamızın hesabından 6 xalın silinməsi ədalətli qərar deyil”
# 13 aprel 2012 13:36 (UTC +04:00)
Bakı – APA. “Komandamızın hesabından 6 xal silinməsi xoşagəlməz haldır. “Xəzər Lənkəran” üzərinə düşən bütün öhdəliklərini yerinə yetirib”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın direktoru Höccət Hacıyev deyib.

O, 2008/09 mövsümündə cənub təmsilçisində oynayan braziliyalı futbolçu Romulo Silvanonun FİFA-ya etdiyi şikayətə görə komandanın hesabından 6 xal silinməsinə münasibət bildirib: “Komandamızın hesabından 6 xalın silinməsi ədalətli qərar deyil. Bu, futbolçuların, məşqçilərin haqqının tapdalanmasıdır. Xalları onlar əziyyət çəkib qazanıblar. Ona görə xalların silinməyi düzgün variant deyil. Daha düzgün olardı ki, pul cəriməsi ilə kifayətlənsinlər. Amma FİFA mənim deməyimlə qərarını dəyişən deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR