AFFA FİFA-nın “Xəzər Lənkəran” haqda çıxardığı qərara rəsmi mövqeyini açıqladı
Aprelin 13-də “Xəzər Lənkəran”ın hesabından 6 xal silinməsi ilə bağlı FİFA-nın verdiyi qərara rəsmi münasibət bildirən Məmmədov ali futbol qurumunun Əsasnamə və Nizam-İntizam Qaydalarını ön plana çəkib: “Tərkibində olan 208 milli assosiasiya FİFA-nın qaydalarına hörmətlə yanaşmalı, öz ölkəsində tətbiq etməlidir. Buna yerinə yetirməyən federasiya cəzalandırılır. Müxtəlif ölkələrin timsalında bunun şahidi olmuşuq. Yadınızdadırsa, 10 il öncə Azərbaycanda da belə hal yaşanmışdı. Avropa ölkələri, müxtəlif federasiyalar da oxşar vəziyyətlə qarşılaşıblar. FİFA beynəlxalq miqyasda ən güclü idman qurumudur”.
AFFA “Xəzər Lənkəran” barədə məlum sanksiyanın tətbiq olunmamağı ilə bağlı FİFA-ya rəsmi müraciət etsə də, bu, müsbət nəticə vermədi: “Təbii ki, çempionatın sonuna 5 tur qalmış 2-ci yerdə gedən, çempionluğa iddialı komandanın 6 xalının silinməyi futbolumuz üçün də mənfi haldır. Ancaq nəzərə almaq lazımdır ki, bu məsələ 2010-cu ildən başlayıb. Bu müddətdə “Xəzər Lənkəran”a məlumat verilmiş və məsələyə 2011-ci ildə yenidən qayıdıblar. FİFA sonda futbolçunun davamlı, mütəmadi şikayətləri nəzərə alıb, müvafiq qərar qəbul edib. Biz istisna hal kimi, FİFA-ya sanksiyanın dayandırılması xahişi ilə rəsmi müraciət etdik. Halbuki, yerli futbol federasiyaları bununla bağlı FİFA-ya müraciət göndərmirlər. Bununla bağlı müxtəlif federasiyaların nümayəndələri ilə danışıb, məsləhətləşmişəm. Ümumiyyətlə, yerli federasiyalar hansısa kluba qarşı çıxarılan qərarlarla bağlı FİFA ilə müzakirə aparmır. Biz hazırda Azərbaycan futbolunun inkişaf müddətini, eyni məqsədə çatmağa çalışmağımızı nəzərə alaraq, FİFA-ya rəsmi müraciət etdik. Təəssüflər olsun ki, ali futbol qurumu bizə mənfi cavab verdi. Müraciətimizə cavabında bizdən tələb etdi ki, qısa zamanda, dərhal bunu həyata keçirək. Bizə cəzanın tətbiqi ilə bağlı aprelin 14-dək vaxt verilmişdi”.
Beynəlxalq arenada belə cəzaların çox olduğunu deyən Məmmədov konkret misal da çəkib: “Yadıma düşən İtaliya klublarıdır ki, “Atalanta”nın 6, “Bolonya”nın 3, Şotlandiyada isə “Reyncers”dən 10 xal silinmişdi. Sonuncuların vergi borcları vardı. FİFA-nın qərarları müxtəlif problemlə bağlı ola bilər. Lisenziyalaşdırma qaydalarına görə klub avrokuboklarda oynayırsa, UEFA da cəzasını verə bilər. Yəni bunlar praktikada olur və hamısını nəzərə almaq lazımdır. Əminəm ki, araşdırmanı davam etdirsək, hər bir ölkədə Nizam-İntizam qərarlarının sərt olduğunu görə bilərik. Yadınızdadırsa, FİFA “Çelsi”ni 2 illik beynəlxalq transferlərdən məhrum etmişdi”.
FİFA-nın məlum qərarı ilə bağlı AFFA-nın mövqeyi birmənalı qarşılanmadı. Baş katib bununla bağlı “Xəzər Lənkəran” nümayəndələrinin, futbol ictimaiyyətinin etirazlarından xəbərdar olduğunu vurğulayıb: “Yadınıza salmaq istərdim ki, bu, AFFA-nın yox, FİFA-nın İntizam Komitəsinin qərarı idi. FİFA federasiyaya müraciət göndərir və bu zaman hansısa məsləhət, tövsiyə deyil, tələb edir ki, FİFA-nın Nizamnaməsinə əsasən həmin qərar yerinə yetirilməlidir. Bununla da məsələ qurtardı. FİFA bizə deməyib ki, məsələyə yerli assosiasiyanın İntizam Komitəsində baxılsın. Bizdən qərarın tətbiqini tələb edib. Ona görə də məsələni düzgün şərh etmək lazımdır. İstərdim ki, bunu ictimaiyyətə düzgün çatdırasınız. Çünki məsləhət və tövsiyə ayrı, tələb ayrıdır”.
Məmmədov böyük müzakirə obyektinə çevrilən 6 xalın cari mövsümdə silinməsinə də aydınlıq gətirib: “Qərar 4 həftə sonra, avrokuboklar başlayanda çıxsaydı, bu zaman AFFA-nın bunu növbəti çempionata tətbiq etmək hüququ vardı. Ancaq hazırda çempionat gedir və problem 2010-cu ildə başladığından, FİFA bunu dərhal tətbiqini tələb edib. Başqa yolumuz yox idi. Çünki FİFA-nın üzvü olduğumuzdan, bunu tətbiq eləməli idik. Azərbaycanda bütün peşəkar klublar FİFA-nın qaydalarına tabe olmalıdır”.
Məlum olduğunu kimi, “Xəzər Lənkəran” FİFA-nın qərarının ləğvi ilə bağlı Beynəlxalq İdman Arbitraj Məhkəməsinə rəsmi müraciət edib. Baş katibin sözlərinə görə, tezliklə həmin şikayətə baxılacağına inanmır: “Xəzər Lənkəran” peşəkar hüququndan istifadə edərək, Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edib. Bu, artıq növbəti məsələdir və necə olacağını indidən demək çətindir. Ancaq bu, sırf 1-2 həftəyə olan həll olunan məsələ deyil. Bildiyiniz kimi, həmin quruma çox sayda müraciətlər olur. O, buna 1-2 günə baxmayacaq. Bunun tətbiqi uzun sürə bilər. Qərar “Xəzər Lənkəran” üçün müsbət çıxsa, bunun tətbiqi vaxtdan asılıdır. Bizim nə vaxt məsələyə qayıda biləcəyimiz qərarın tarixindən asılı olacaq. Ola bilər, buna 2-3 aydan sonra baxılsın, bu müddətdə çempionat oyunları da bitsin. Ona görə də bunu nəzərə almaq lazımdır”.
Mehman SÜLEYMANOV
Futbol
Xəbər Lenti
Prezident İlham Əliyev Esvatini Kralını Müstəqillik Günü münasibəti ilə təbrik edib
Misirdə keçmiş televiziya aparıcısı ölüm cəzasına məhkum edilib
BDYPİ gözlənilən hava şəraitində sürücülərə diqqətli olmağı tövsiyə edib
Yəməndə hökumət qüvvələri hücuma keçib, husilər strateji rayona nəzarəti itirib
Kreml Putin-Uitkoff-Kuşner danışıqlarının detallarını açıqlayıb
Dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
İsrail Livanın cənubuna aviazərbə endirib, ölənlər var - YENİLƏNİB
Ağdamda traktor minaya düşüb, xəsarət alan var - YENİLƏNİB
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ukrayna Ryazan neft emalı zavoduna PUA zərbəsi endirib
Tramp: İspaniya sərhədlərinə nəzarət edə bilmir
Qubada ağır yol qəzası nəticəsində bir nəfər ölüb, 2 nəfər xəsarət alıb
ABŞ hərbçiləri Sakit okeanda narkokartelə məxsus gəmiləri batırıb
Bloomberg: Süni intellekt üçün data mərkəzlərinin tikintisi ABŞ-də narazılıq yaradır
Merz: Almaniya hökuməti lazım olan ictimai dəstəyi ala bilmir
Tramp və Vens Respublikaçılar Partiyasının qurultayında çıxış edəcəklər
Pit Heqset İranı hədələyib: Tankerlərinizi məhv edəcəyik
KİV: NATO-da Avropanın Rusiya ilə uzunmüddətli müharibəyə tab gətirə bilməyəcəyindən ehtiyat edirlər
SEPAH: İran ABŞ-ın aviadaşıyıcısına ballistik raketlərlə zərbələr endirib
WP Sudan hökumətinin gizli kimyəvi silah ehtiyatlarına malik olduğunu iddia edir
CBS: ABŞ sursat ehtiyatları ilə bağlı məlumat sızmasında xarici kəşfiyyat izindən şübhələnib
Hakan Fidan Abbas Əraqçi ilə İran-ABŞ böhranını müzakirə edib
Putin-Uitkoff-Kuşner danışıqları başa çatıb - VİDEO - YENİLƏNİB-2
SEPAH: ABŞ-la əlaqəli 3 gəmi və 3 neft tankeri hədəfə alınıb
Konqoda toy mərasimində baş verən yanğın nəticəsində azı 22 nəfər ölüb
Türkiyə Super Liqası: "Fənərbaxça" öz meydanında "Beşiktaş"a məğlub olub
Merz Almaniyanın sənaye sektorunda iş yerlərini itirdiyini etiraf edib
Zelenski: Uitkoff və Kuşner sentyabrın 6-da Kiyevə səfər edəcəklər
Putin: Kiyevə zərbələrin dayandırılması ilə bağlı xahiş rəsmi kanallarla daxil olub
KİV: Türkiyə ilə ABŞ arasında S-400 sistemləri ilə bağlı irəliləyiş əldə edilib
Niger Fransanı ölkədə hərbi qiyam törətməyə cəhddə ittiham edib
İranda yanacaq daşıyan sisternin partlaması nəticəsində 10 nəfər ölüb
Nigeriya hərbçiləri terrorçuların girov götürdüyü 36 nəfəri azad edib
Qubada bu il 200 tona yaxın bal istehsal edilib
Vətən müharibəsi iştirakçısı: Şuşada, Cıdır düzündə hər bir iz canlı tarixdir, belə yerlərə zərər vurmaq yolverilməzdir
Yunanıstanda aviaşou zamanı qırıcı təyyarə qəzaya uğrayıb, iki pilot ölüb - YENİLƏNİB
Şuşanın hər daşı milli yaddaşımızın bir parçasıdır, zərər vurmaq yolverilməzdir - RƏY
ABŞ ordusu İrana məxsus üç neft tankerinə hücum edib - VİDEO
Zelenski: Moskvaya hücumları dayandırmağa hazırıq, Rusiyadan da eyni addımı gözləyirik
Vətəndaşları aldatmaqda ittiham olunan turizm şirkətinin rəhbəri həbs edilib
Nepalda daşqınlar nəticəsində tuneldə qalan iki nəfər xilas edilib
Bursada meşə yanğını başlayıb
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub
Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib
Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək - XƏBƏRDARLIQ