Bank Of Baku

Futbol üzrə Azərbaycan millisinin yoldaşlıq oyunları üçün səfər proqramı açıqlanıb

Futbol üzrə Azərbaycan millisinin yoldaşlıq oyunları üçün səfər proqramı açıqlanıb
# 25 aprel 2012 09:25 (UTC +04:00)
Bakı-APA. Futbol üzrə Azərbaycan milli komandasının növbəti yoldaşlıq görüşləri üçün səfər proqramı müəyyənləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Departamentinin rəisi Mikayıl Nərimanoğlunun apasport.az saytına verdiyi məlumata görə, millimizin növbəti yoxlama matçını keçirəcəyi Yaponiyaya səfərinin vaxtı dəqiqləşib.

O, millimizin “Gündoğar ölkə”yə mayın 20-də yollanacağını bildirib: “Millimiz həmin gün Bakıda bir araya gələrək, Yaponiyaya səfər edəcək. Bu ölkənin yığması ilə mayın 23-də baş tutacaq yoldaşlıq görüşünə hazırlığı futbolçularımız orada keçirəcəklər”.

Milli komandamız Yaponiya səfərindən sonra almaniyalı baş məşqçisi Berti Foqtsun vətəninə yollanaraq, təlim-məşq toplanışı keçəcək. Bunun sonunda – mayın 30-da Andorra yığması ilə yoldaşlıq görüşü nəzərdə tutulub. Nərimanoğlu yığmamızın Yaponiyadan birbaşa Almaniyaya, hazırlığın, oyunun keçiriləcəyi Frankfurt şəhərinə yollanacağını söyləyib.

Bu səfər proqramında son dayanacaq isə Minskdir ki, millimiz iyunun 5-də orada Belarus yığması ilə yoldaşlıq görüşünə çıxacaq. Yığmamızın Almaniyadan birbaşa Belarusa yollanacağı gözlənilir ki, departament rəisi məsələyə yaxın günlərdə tam aydınlıq gələcəyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR