Bank Of Baku

Zaqatalada qadın futbolçuların festivalı keçirilib

Zaqatalada qadın futbolçuların festivalı keçirilib
# 28 aprel 2012 15:19 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov - APA. Azərbaycanın regionları arasında ilk dəfə olaraq Zaqatalada qadınlar arasında futbol festivalı keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon İcra Hakimiyyəti (İH) aparatından məlumat verilib. Məlumatda bildirilir ki, AFFA-nın təşkilatçılığı ilə keçirilən festival Zaqatala Olimpiya İdman Kompleksinin stadionunda, “Live Your qoals”(“Öz məqsədini yaşat”) devizi altında baş tutub. Festivalda AFFA-nın rəsmiləri, Zaqatala RİH-nin nümayəndələri, 80-ə yaxın zaqatalalı futbolçu qızlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. İştirakçıların və jurnalistlərin suallarını cavablandıran AFFA rəsmiləri regionlar arasında festivalın məhz ilk dəfə Zaqatalada keçirilməsinin səbəbini, bu rayonda qadın futbolunun digər regionlara nisbətən daha yaxşı inkişaf etməsi ilə izah ediblər. Festivalı keçirməkdə məqsəd bu ilin payızında Bakıda təşkil olunacaq futbol üzrə qadınlar arasında dünya çempionatına diqqət yönəltmək, ölkədə qadınlar arasında bu idman növünə maraq oyatmaqdır. Belə bir festival ilk dəfə mart ayında Bakı şəhərində təşkil edilib. Zaqataladan sonra festivalın daha 6 müxtəlif regionda keçirilməsi nəzərdə tutulur. Daha sonra festivala qatılan zaqatalalı futbolçular meydanda öz bacarıqlarını nümayiş etdirib. Festivalda Zaqatala və Sumqayıtdan olan qadın futbolçular arasında yarış keçirilib. Görüş 1:3 hesabi ilə Sumqayıt komandasının qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bir az öncə Sumqayıtda keçirilən qarşılaşmada zaqatalalı futbolçular Sumqayıt komandasını 3:0 hesabi ilə məğlub etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR