Bank Of Baku

“Neftçi” tarixində 7-ci dəfə Azərbaycan çempionu olub

“Neftçi” tarixində 7-ci dəfə Azərbaycan çempionu olub
# 30 aprel 2012 09:26 (UTC +04:00)
Bakı – APA. Futbol üzrə Azərbaycan çempionatında qızıl medalların sahibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, XXX turun oyunlarından sonra “Neftçi” ardıcıl 2-ci, tarixində 7-ci dəfə ölkə çempionu olub.

Bu, paytaxt təmsilçisinin öz meydanında “Qarabağ” üzərində 2:1 hesablı qələbəsindən, “İnter”in “Xəzər Lənkəran”la qolsuz bərabərliyindən sonra müəyyənləşib. Nəticədə “Neftçi”nin sona 2 tur qalmış ən yaxın izləyicisi “Xəzər Lənkəran”la xal fərqi 8-ə çatdığından, çempionluğu rəsmiləşib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR