Bank Of Baku

Elnur Allahverdiyev milli komandaya çağırılıb

Elnur Allahverdiyev milli komandaya çağırılıb
# 02 may 2012 14:18 (UTC +04:00)
Bakı – APA. Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, almaniyalı baş məşqçi Berti Foqts daha 1 futbolçunu düşərgəyə çağırıb. O, “Xəzər Lənkəran” klubunun futbolçusu Elnur Allahverdiyevi mayın 20-dən 31-dək keçiriləcək təlim-məşq toplanışına dəvət edib.

Qeyd edək ki, bu toplanış çərçivəsində millimiz mayın 23-də Şizuoka şəhərində Yaponiya, mayın 30-da isə Frankfurt şəhərində Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR