Bank Of Baku

Rəşad Sadıqov: “Qarabağ”dan getmək fikrim yoxdur”

Rəşad Sadıqov: “Qarabağ”dan getmək fikrim yoxdur”
# 04 may 2012 14:32 (UTC +04:00)
Bakı – APA. “Cari mövsümdə nəticədən asılı olmayaraq, komandadan getmək fikrim yoxdur”. Bunu apasport.az saytına açıqlamasında “Qarabağ”ın futbolçusu Rəşad Sadıqov deyib.

Milli komandamızın kapitanı indiyədək 3 müxtəlif vaxtda Türkiyədə, özü də Superliqada klublarında – “Kayserispor”, “Kocaelispor” və “Əskişəhərspor”da forma geyinib.

Hazırda turnir cədvəlində 4-cü yerdə qərarlaşan “Qarabağ”ın avrokuboklara düşməmək təhlükəsi var. Bu səbəbdən Rəşadın komandadan ayrılıb, yenidən Türkiyəyə yollamacağı bildirilir.

Ancaq Sadıqov belə fikirdə olmadığını söyləyib: “Hazırda bütün diqqətimi mövsümdə son 2 oyunumuza yönəltmişəm. Avroliqaya düşməyimiz bu matçlarda həll olunacaq. Türkiyə, yaxud başqa xarici ölkədən təklif almamışam. Təklif olsa, baxarıq. Mənim “Qarabağ”la hələ 1 illik müqaviləm var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR