Bank Of Baku

Türkiyə Futbol Federasiyasının İntizam Komissiyası Fatih Terimə cəza verib

Türkiyə Futbol Federasiyasının İntizam Komissiyası Fatih Terimə cəza verib
# 04 may 2012 16:44 (UTC +04:00)
Bakı – APA. Türkiyə Futbol Federasiyasının İntizam Komissiyası “Qalatasaray”ın baş məşqçisi Fatih Terimə 3 oyunluq cəza verib. APA-nın xəbərinə görə, F. Terim Türkiyə Super Liqasının pley-off mərhələsində oynanan “Qalatasaray” - “Trabzonspor” qarşılaşmasının fasiləsi zamanı soyunub-geyinmə otaqlarının dəhlizində baş hakim Tolqa Özkalfaya həqarət etməkdə günahlandırılır.

“Qalatasaray” klubu cəzaya rəsmi etiraz edəcək. Etiraz qəbul edilməzsə F. Terim pley-off mərhələsinin son 2 matçında (“Beşiktaş” və “Fənərbağça”ya qarşı) və növbəti mövsümün ilk qarşılaşmasında tribunada oturacaq və soyunub-geyinmə otağında oyunçularla görüşə bilməyəcək.

Xatırladaq ki, pley-offda hazırda “Qalatasaray” əsas rəqibi “Fənərbağça”dan 3 xal irəlidədir. Mayın 6-da “Qalatasaray” “Beşiktaş”ı qəbul edəcək, “Fənərbağça” isə Trabzonda yerli komanda ilə qarşılaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR