Bank Of Baku

Avropanın 4 ölkəsində Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal turniri keçiriləcək

Avropanın 4 ölkəsində Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal turniri keçiriləcək
# 07 may 2012 15:45 (UTC +04:00)
Bakı-APA. Avropanın dörd ölkəsində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal turniri keçiriləcək.

“Apasport.az”ın xəbərinə görə, “Odlar Yurdu” diaspor qurumunun təşkil etdiyi turnirin Rumıniya, Çexiya, Avstriya və Böyük Britaniyada keçirilməsi nəzərdə tutulur. “Odlar Yurdu” diaspor təşkilatının rəhbəri İlham Nağıyevin bildirdiyinə görə, yarışda bu ölkələrdə yaşayan soydaşlarımızın da tərkibində olduğu 8 komanda iştirak edəcək.

Turniri yerli diaspora üzvləri ilə yanaşı diplomatlar, ziyalılar və digər xalqların diaspor təşkilatının rəhbərləri də izləyəcəklər. Turnirin qonaqlarına və iştirakçılara Azərbaycan haqqında məlumat kitabları, xatirə hədiyyələri təqdim ediləcək.

Turnirə mayın 9-da Buxarestdə start veriləcək. Turnirin qalibləri Heydər Əliyev kuboku ilə mükafatlandırılacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR