Bank Of Baku

AFFA “Xəzər Lənkəran” klubunun şikayətini araşdıracaq

AFFA “Xəzər Lənkəran” klubunun şikayətini araşdıracaq
# 08 may 2012 13:35 (UTC +04:00)
Bakı – APA. Bu gün AFFA-nın İntizam Komitəsinin (İK) iclası keçirilib. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran” AFFA-ya müraciət edərək, XXXI turda “Qəbələ” ilə ev oyununda hakimliklə bağlı narazılığını bildirib.
İK-in çıxardığı qərara əsasən, AFFA-nın Hakimlər Komitəsi Rəhim Həsənovun başçılıq etdiyi hakimlərin idarəçiliyini dəyərləndirdikdən sonra növbəti iclasa kimi ona məlumat verməlidir.
Həmin matçın 31-ci dəqiqəsində 2-ci sarı vərəqəyə görə meydandan kənarlaşdırılan “Qəbələ”nin futbolçusu Aleksandr Çertoqanov 1 oyunluq cəzaya və 200 manat cəriməyə məruz qalıb. “Simurq” – “Rəvan” oyununda qonaqlar 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün 1000 manat cərimə ödəməli olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR