Bank Of Baku

Azərbaycan milli komandası dünya reytinqində 1 pillə irəliləyib

Azərbaycan milli komandası dünya reytinqində 1 pillə irəliləyib
# 09 may 2012 11:24 (UTC +04:00)
Bakı-APA. FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması son reytinqlə müqayisədə 1 pillə irəliləyib. Bu müddətdə oyun keçirməyən millimiz 305 xalla 109-cu yerdə qərarlaşıb. Millimiz Avropada 43-cü pillədə yer alıb.

Yığmamızın 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqiblərindən olan Portuqaliya yığması (1190 xal) 5-ci, Rusiya yığması (1049) 11-ci pillədə qalıb.
Millimizin növbəti seçmə mərhələdə ilk rəqibi olacaq İsrail yığması (558) da mövqeyini dəyişməyib - 58-ci yer. Şimali İrlandiya yığması 305 xalla 100-cü, qrupumuzun autsayderi sayılan Lüksemburq millisi (283) 119-cu pillədəki yerini möhkəmlədib.

Millimizin növbəti yoldaşlıq görüşlərində rəqibləri olan Andorra yığması 205-ci pillədə qərarlaşıb. Qeyd edək ki, ilk üçlükdə heç nə dəyişməyib. Son Avropa və dünya çempionu olan İspaniya yığması 1442 xalla liderliyini davam etdirib. 2-ci pillədə Almaniya (1345), 3-cü pillədə Uruqvay (1309) qərarlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR