Bank Of Baku

Çingiz Mustafayev Bakıda keçiriləcək dünya çempionatının dostu elan olunub

Çingiz Mustafayev Bakıda keçiriləcək dünya çempionatının dostu elan olunub
# 11 may 2012 09:44 (UTC +04:00)
Bakı-APA. Populyar müğənni Çingiz Mustafayev bu ilin payızında Azərbaycanda keçiriləcək dünya çempionatının (DÇ) dostu elan olunub. Apasport.az saytının məlumatına görə, “Yeni ulduz” müsabiqəsinin qalibi 17 yaşadək qızlardan ibarət Azərbaycan və Latviya yığmaları arasında Lənkəran şəhər Mərkəzi stadionunda keçirilmiş yoldaşlıq oyunundan əvvəl FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsi tərəfindən DÇ-nin dostu seçilib. Çingiz oyundan öncə və sonra bir neçə mahnı da ifa edib.

Qeyd edək ki, bundan əvvəl dünya futbolunun tanınmış simaları Dario Şimiç və Steffi Cons da dünya FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin dostu seçilmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR