Bank Of Baku

“Qəbələ” klubu Mahir Şükürovla müqaviləni ləğv edib

“Qəbələ” klubu Mahir Şükürovla müqaviləni ləğv edib
# 15 may 2012 13:16 (UTC +04:00)
Bakı – APA. Azərbaycan yığmasının futbolçusu Mahir Şükürov “Qəbələ” klubundan ayrılıb. Bu barədə apasport.az saytına əyalət təmsilçisinin vitse-prezidenti Fariz Nəcəfov məlumat verib.

O bildirib ki, Şükürov növbəti mövsümdə “Qəbələ”nin formasını geyinməyəcək: “Mahir Şükürov da komandadan gedənlər arasındadır. Onun “Qəbələ” ilə müqaviləsi hələ bitməmişdi. Lakin qarşılıqlı razılıqla müqaviləni pozduq”.

Çox güman Şükürov növbəti mövsümdən “Neftçi” klubunun şərəfini qoruyacaq.

Qeyd edək ki, Mahir ötən ilin yayında “Qəbələ” ilə 2 illik müqavilə imzalamışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR