Bank Of Baku

Rəşad Sadıqov milli komandanın heyətindən kənarlaşdırıldı

Rəşad Sadıqov milli komandanın heyətindən kənarlaşdırıldı
# 16 may 2012 10:31 (UTC +04:00)
Bakı – APA. Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, yığmanın kapitanı, “Qarabağ”ın üzvü Rəşad Sadıqov zədəli olduğu üçün millinin mayın 20-dən 31-dək keçiriləcək təlim-məşq toplanışında iştirak etməyəcək.

Baş məşqçinin göstərişi ilə yığmanın təlim-məşq toplanışına əvvəlcədən ehtiyat futbolçu kimi göstərilmiş Əli Gökdəmir (Hannover 96, Almaniya) dəvət olunub.

Qeyd edək ki, bu toplanış çərçivəsində millimiz mayın 23-də Şizuoka şəhərində Yaponiya, mayın 30-da isə Frankfurt şəhərində Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR