Bank Of Baku

Daha bir futbolçu milli komandamızın toplanışından kənarda qalıb

Daha bir futbolçu milli komandamızın toplanışından kənarda qalıb
# 17 may 2012 13:00 (UTC +04:00)
Bakı – APA. “İnter”in futbolçusu Nizami Hacıyev Azərbaycan milli komandasının növbəti təlim-məşq toplanışında iştirak etməyəcək. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi əməliyyat olunduğu üçün mayın 20-dən 31-dək olan hazırlıq prosesinə qatıla bilməyəcək.

Nizami bu toplanışa baş məşqçi Berti Foqts tərəfindən ehtiyat oyunçu kimi dəvət olunmuşdu. Millimiz bu toplanış çərçivəsində millimiz mayın 23-də Şizuoka şəhərində Yaponiya, mayın 30-da isə Frankfurt şəhərində Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Qeyd edək ki, millimiz bunadək müdafiəçilər Rəşad Sadıqovla Vurğun Hüseynov zədə səbəbindən kənarda qalmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR