Bank Of Baku

“Bakı” futbol komandası üçüncü dəfə Azəbaycan kubokunun sahibi olub

“Bakı” futbol komandası üçüncü dəfə Azəbaycan kubokunun sahibi olub
# 17 may 2012 19:17 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, “Dalğa Arena” stadionunda keçirilən final matçında “Bakı” komandasında qolları 8-ci dəqiqədə Koke və 29-cu dəqiqədə Junior vurublar.
Bu matçla cari futbol mövsümünə yekun vurulub.
Xatırladaq ki, “Neftçi” Primer Liqamızın ardıcıl 2-ci dəfə qalibi olub. “Bakı” isə 6-cı yerin sahibi kimi final oyununa çıxıb.
“Bakı” futbol klubu 2005 və 2010-cu illərdə Azərbaycan kubunkunu qazanıb.
Komandaların tərkibi: “Bakı”: Aqil Məmmədov, Denis İvanovs, İbrahim Karqbo, Deyvidas Çesnauskis, Junior, Cəmşid Məhərrəmov, Elşad Manafov, Nenad Kovaçeviç, Uinston Parks, Aleksandr Şoliç, Koke.
Ehtiyat oyunçular: Marko Şarliya, Vadim Borets, Elvin Məmmədov, Nurlan Novruzov, Novruz Məmmədov, Aleksey Savinov, Rəhman Hacıyev
“Neftçi”: Saşa Stamenkoviç, Rail Məlikov, Denis Silva, İqor Mitreski, Slavço Georgiyevski, Flavinyo, Ruslan Abışov, Ruslan Əmircanov, Mirhüseyn Seyidov, Fərid Quliyev, Rəşad Abdullayev.
Ehtiyat oyunçular: Rauf Mehtiev, Elşən Abdullayev, Cavid Hüseynov, Bahodir Nasimov, Alessandro Da Silva, Cavid İmamverdiyev, Elvin Yunuszadə.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR