Bank Of Baku

“Qəbələ” daha 2 futbolçudan imtina etdi

“Qəbələ” daha 2 futbolçudan imtina etdi
# 18 may 2012 09:29 (UTC +04:00)
Bakı – APA. Yeni mövsümdə qarşısına böyük hədəflər qoyan “Qəbələ” 2012/2013 üçün heyətini formalaşdırmağa başlayıb. Apasport.az saytının məlumatına görə, artıq bir neçə futbolçunun komandadakı taleyinə aydınlıq gətirilib.

“Qəbələ”nin yollarını ayırdığı futbolçuların siyahısına daha ikisi əlavə olunub. Bunlar Sergey Sokolovla Nuran Qurbanovdur. Onlaradək isə Mahir Şükürov, Abdul Kader Kamara, Lyubo Baranin, Pavel Doroşev, Qrem Smit, Deon Barton, Arif İsayev və Saşa Yunisoğlu ilə yollar ayrılmışdı.

Digər müqaviləsi sona çatdığından komandanı tərk edəcəyi gözlənilən futbolçu hollandiyalı Stiv Olferslə danışıqlar aparılır.

Müqaviləsi sona çatan Nodar Məmmədovla razılıq əldə olunub və yaxın vaxtlarda müdafiəçi ilə yeni müqavilə imzalanacaq. Hazırda müalicə alan Rövşən Əmiraslanovun komandada qalıb-qalmayacağı futbolçunun müalicəsinin nəticələrinə görə öz həllini tapacaq.

Tərzin Cahangirov isə futbolçu həyatını icarə əsasında başqa komandada davam etdirəcək. Onun hansı kluba keçəcəyi hələ dəqiqləşməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR