Bank Of Baku

Daha 4 futbolçu “Neftçi” klubundan kənarlaşdırılıb

Daha 4 futbolçu “Neftçi” klubundan kənarlaşdırılıb
# 22 may 2012 12:04 (UTC +04:00)
Bakı – APA. Azərbaycan çempionu “Neftçi”dən ayrılan futbolçuların sayı artıb. Apasport.az saytının məlumatına görə, braziliyalı müdafiəçi Denis Silva Kruz və makedoniyalı Slavço Georgiyevskinin ardından daha 4 futbolçu ilə müqavilənin uzadılmamağına qərar verib.

Baş məşqçi Böyükağa Hacıyevin təqdimatına əsasən Rəşad Abdullayev, Fərid Quliyev və Cavid Hüseynov, həmçinin braziliyalı Alessandro Viana da Silva ilə başa çatmış müqavilənin müddəti artırılmayıb. Bununla, klubdan kənarlaşdırılanların sayı 6-ya çatıb.

Qeyd edək ki, “Neftçi”dən qovulanların 5-i ardıcıl 2 mövsüm çempion titulunu qazanıbsa, son çempionluqda iştirak edən Fərid ondan əvvəlki mövsüm “Simurq”da icarədə olmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR